Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri çərçivəsində Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə ediləcək. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
"Rusiya həm ATƏT-in Minsk qrupunun həmsədri, həm də Azərbaycanın və Ermənistanın mühüm tərəfdaşı və Ermənistanın strateji müttəfiqi kimi münaqişənin nizamlanması ilə bağlı səylərdə mühüm rol oynayır", - deyə o, bu gün İrəvanda Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə birgə mətbuat konfransında qeyd edib.*