“Azneft” İstehsalat Birliyi (İB) xilasedici sallar satın almağı planlaşdırır. Bu barədə İB-nin elanında deyilir.
Satınalma tender vasitəsilə keçirirlir.
Tenderdə iştirak haqqı 118 manatdır.
Şirkətlər tender təkliflərini 2017-ci il dekabrın 12-dək təqdim etməlidir. Tender proseduru dekabrın 12-də baş tutacaq.
Tenderin qalibi sifarişi 90 təqvim günü ərzində yerinə yetirməlidir.*
N.Abbasova