“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Qafur Məmmədov” quru yük gəmisini Xəzərdən kənarda yükdaşımalara cəlb edib. Bu barədə gəmiçiliyin məlumatında deyilir.
““Qafur Məmmədov” gəmisi bu gün səhər saatlarında yükləmə əməliyyatı üçün Rusiya Federasiyasının Taqanroq limanına yan alıb. Buradan isə yükləTürkiyənin İzmir limanına səfərə çıxacaq. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək quru yük gəmisinin istismarına nəzarəti, eyni zamanda texniki xidməti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədəki “Caspdry” şirkəti həyata keçirəcək”, - deyə məlumatda bildirilir.
Bununla da gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 12-yə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, 1-i isə tankerdir.
2005-ci ildə inşa edilən “Qafur Məmmədov” gəmisinin dedveyti 5500 ton, uzunluğu 108,3, eni 16,5 metrdir.*
N.Abbasova