Azərbaycan Banklar Assosiasiyası (ABA) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) bu ilin noyabr ayında görüş keçirməyi təklif edir.
“Noyabrın 15-də ABA-nın tədris strategiyaları və insan resurslarının idarə olunması üzrə Ekspert Qrupunun iclası keçirilib. İclasda 2017-ci ilin noyabr ayında Ekspert Qrupu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında görüşün təşkil olunması məqsədilə nazirliyə müraciət edilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.
İclas zamanı, həmçinin ABA tərəfindən təşkil olunacaq HR konfransının formatı, HAY Group tərəfindən keçirilmiş əmək haqqı sorğusunun nəticələri müzakirə olunub.*
A.Əzizov