Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar cari ilin sonunadək Bakıya səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
“T.Klaar ilin sonunadək Azərbaycan, Gürcüstan və Ermənistana səfər etməyi planlaşdırır. Hazırda Azərbaycan tərəfi ilə səfərin tarixi razılaşdırılır”, - deyə məlumatda bildirilir.
Səfər çərçivəsində xüsusi nümayəndə Azərbaycan rəsmiləri ilə münaqişənin nizamlanması prosesini müzakirə edəcək.*
F.İsazadə