Rusiya və ABŞ arasında münasibətlər dalana dirənib, lakin bu, hər iki ölkənin ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməkdaşlığına təsir göstərməyib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Əlbəttə, bir çox məsələlər üzrə münasibətlər dalana dirənib, amma Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməkdaşlıq bundan zərər görməyib", - deyə o, bu gün Bakıda ADA Universitetində çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa bu problemlə bağlı vahid mövqe tutur.*