SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-oktyabr aylarında 6 mln. 198,3 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Cari ilin oktyabr ayında SOCAR tərəfindən 619 min ton neft hasil olunub.
2017-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 32 mln. 151,7 min ton (azalma 7,4%) təşkil edib.
Oktyabrda Azərbaycan üzrə hasilat 3 mln. 330,9 min ton təşkil edib.
2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 521 min ton olub.*
N.Abbasova