SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-oktyabr aylarında 4 mlrd. 999 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Cari ilin oktyabr ayında şirkət tərəfindən qaz hasilatı 541,2 mln. kubmetr həcmində olub.
2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan üzrə 23 mlrd. 667,3 mln. kubmetr qaz (azalma 4% - İF-Az), o cümlədən oktyabrda 2 mlrd. 549,3 mln. kubmetr qaz hasil edilib.
SOCAR 2016-cı ildə 6 mlrd. 266,7 mln. kubmetr qaz hasil edib.*
N.Abbasova