2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) işlənməsi üzrə operator) SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2,4 mlrd. kubmetr səmt qazı verib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, 2016-cı ildə ABƏŞ SOCAR-a AÇG blokundan 1,97 mlrd. kubmetr səmt qazı verib. Beləliklə, SOCAR-ın 2017-ci ilin yanvar-sentyabr aylarında ABƏŞ-dən aldığı qazın həcmi 21,8% artıb.
“Bu ilin yanvar-sentyabr aylarında biz SOCAR-a sutkada orta hesabla 8,6 mln. kubmetr səmt qazı tədarük etmişik (ötən ilin 9 ayı ərzində 7,2 mln. kubmetr). AÇG blokundan hasil edilmiş səmt qazının qalan həcmi təzyiqin saxlanması üçün yenidən laylara vurulub”, - deyə məlumatda qeyd olunur.
2016-cı ildə ABƏŞ SOCAR-a 2,75 mlrd. kubmetr səmt qazı tədarük edib.
AÇG-dən hasil olunan səmt qazı SOCAR-a pulsuz verilir.*
N.Abbasova