Bu gün Bakının Qaradağ rayonu ərazisində yerləşən zavodda partlayış olub. Bu barədə yerli KİV-lər xəbər verir.
“Bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən zavodda baş verən partlayış nəticəsində bir nəfər ölüb, daha 1 nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilir.
Zavod türkiyəli iş adamına məxsusdur.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.*
R.Babayev