Dekabrın əvvəlində Rusiyada Xəzərin statusu ilə bağlı nazirlər səviyyəsində yeni görüş keçiriləcək. Bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda rusiyalı həmkarı Sergey Lavrovla keçirilən mətbuat konfransında deyib.
"Dekabrın əvvəlində Xəzəryanı ölkələrin XİN başçılarının görüşü keçiriləcək", - deyə o bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan və RF XİN başçıları Xəzərin hüquqi statusuna dair fikir mübadiləsi aparıblar. "Azərbaycan tərəfi görüşdə iştirak edəcək (dekabrda - İF). Bizə sammit səviyyəsinə çıxmağa imkan verən ideyalar mövcuddur", - deyə E.Məmmədyarov əlavə edib.*
F.İsazadə