Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Minsk qrupunun formatının genişləndirilməsinə ehtiyac yoxdur.
"Münaqişənin həlli üçün tələb olunan bütün addımlar, tədbirlər, razılaşmalar masa üzərindədir", - deyə o, bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında bildirib.
Rusiyalı nazir vurğulayıb ki, menyu masa üzərindədir.
"Münaqişənin həlli ilə bağlı razılaşdırılmış format var. Yeni bir təklif prosesin qəsdən və ya istəmədən pozulmasına gətirə bilər”, - deyə S.Lavrov qeyd edib.*
F.İsazadə