Nazirlər Kabineti"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunu və işçilərinin say həddini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Nazirlər Kabinetinin qərarı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi 415 ştat vahidi müəyyən edilib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı, Mənzil-kommunal və təmir xidməti, "İçərişəhər" tarix muzeyi, "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Elmi-istehsalat bərpa emalatxanası, Elmi-Mədəni Mərkəz, Tahir Salahovun ev-muzeyi və Marionet Teatrı daxildir.*
R.Babayev