Nazirlər Kabineti “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Qərara əsasən fondun işçilərinin say həddi 15 vahid müəyyən edilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı 1,15 min manat, icraçı direktorun müavininin aylıq vəzifə maaşı 895 manat məbləğində müəyyən edilib.*
R.Babayev