Bakı ilə Brüssel arasında strateji əməkdaşlığa dair yeni saziş müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov belə hesab edir.
«Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. Əminik ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq”, - deyə o, Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forumda çıxışı zamanı bildirib.
Forumun təşkilatçısı Diasporla İş üzrə Dövlət Komitəsidir.*
R.Babayev