İqtisadiyyat Nazirliyi 2016-2017-ci illərdə sahibkarlıq subyektlərinə 213 investisiya təşviqi sənədi təqdim edib. Bu barədə nazir Şahin Mustafayev məlumat verib.
“İndiyədək 194 sahibkarlıq subyektinə 213 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,8 mlrd. manat investisiya yatırılacaq, 13 mindən çox yeni iş yeri açılacaq”, - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, investisiya təşviqi sənədi sahibkarlara müxtəlif vergi və gömrük güzəştləri əldə etməyə imkan verir.
"İnvestisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 165 sahibkarlıq subyektinə 1037 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 44 milyon ABŞ dollarından çoxdur", - deyə Ş.Mustafayev bildirib.*
A.Əzizov