2017-ci ilin oktyabrında Azərbaycan dövlət sərhədini pozduğuna görə 39 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilir.
“Onların 16 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Özbəkistan, 6 nəfəri Tacikistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Pakistan, 1 nəfəri Rusiya, 1 nəfəri Moldova, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Şri-Lanka, 1 nəfəri Hindistan vətəndaşı olub”, - məlumatda deyilir.
Ay ərzində sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb.
Qeyd olunur ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 478 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 1 kq 758,88 qram narkotik maddə aşkar edilərək götürülüb.
Oktyabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 269,31 min manat olan qaçaqmal saxlanılıb. **
R.Babayev