Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar tam qarşılıqlı anlaşma mühitində keçib, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxil olmaqla, bir çox məsələlər müzakirə olunub. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
"Biz, həmçinin regional və beynəlxalq məsələləri müzakirə etdik, Qarabağ münaqişəsinin nizamlanmasına, ATƏT-in Minsk qrupu vasitəçilərinin və Ermənistanın gərginliyin azaldılmasını və danışıqların intensivləşdirməsi üçün əlavə tədbirlərin görülməsini nəzərdə tutan Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarının reallaşdırılması üzrə səylərinə xüsusi diqqət ayırdıq", - deyə o bildirib.
Erməni nazirin sözlərinə görə, danışıqlar müttəfiq ölkələr üçün səciyyəvi olan tam qarşılıqlı anlaşma şəraitində keçib.*