Qarabağ münaqişəsinin nizamlanamsına dair danışıqlar mühüm dərəcədə zaman və səy tələb edir. Rusiya XİN rəhbəri Sergey Lavrov belə hesab edir.
“Mən həddindən artıq nikbinlik ifadə etməzdim, mürəkkəb problemdir, danışıqların bütün təcrübəsi onu göstərir ki, əfsuslar olsun ki, onlar tezliklə başa çatmayacaq”, - S.Lavrov erməni həmkarı Edvard Nalbandyanla mətbuat konfransında bildirib.
“Bu yaxınlarda, iki gün öncə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Rusiya paytaxtında üç həmsədrlə görüşlər kieçirdilər. İndi amerikalı və fransalı həımkarlarla hansı səviyydə olduğumuzu müzakirə edəcəyik. Nizamlamnaya nail olmaq məqsədilə şərait yaratmaq üçün hər hansısa fəal səylər həyata keçirəcəyik”, - XİN rəhbəri vurğulayıb. **