Azərbaycanda xalçaçılıq müəssissələrin sayını 30-a çatdırmaq planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Hazırda Azərbaycanda xalçaçılığın inkişafının birinci mərhələsi həyata keçirilir. Onun çərçivəsində regionlarda 10 müəssisə yaradılacaq”, - nazirlikdən qeyd ediblər.
Xüsusilə, Fizuli və Şəmkir rayonlarında iki müəssisə fəaliyyətə verilib. “Bundan əlavə, 6 rayonda xalçaçılıq müəssisələri fəaliyyətə tam hazırdır. 2017-ci ilin sonuna kimi daha iki müəssisə hazır olacaq”, - nazirlikdən vurğulayıblar.
Bütövlükdə, yaxın illərdə xalçaçılıq müəssissələrin sayını 30-dək artırmaq planlaşdırılır.
Həmin müəssislərin xammalla təminatı məqsədilə 2017-ci ilin sonuna qədər Sumqayıtda yun iplik istehsalı fabrikinin tikintisi, beş regionda yun və boya istehsalı məntəqələrinin açılması planlaşdırılır. **
A.Əzizov