Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanın 2018-ci ilə dövlət büdcəsi layihəsində neftin bir barelinin $45 səviyyəsində qiymətləndirilməsini optimal hesab edir.
“Azərbaycanın 2018-ci ilə dövlət büdcəsində neftin bir barelinin $45 səviyyəsində qiyməti optimaldır. Əgər biz $45-dən aşağı və ya yuxarı qiymət qeyd etsəydik, bu müəyyən risklərə səbəb olardı”, - Z.Səmədzadə çərşənbə axşamı gələn ilə dövlət büdcəsi layihəsini təqdim edərkən bildirib.
Onun sözlərinə görə, neftin bir barelinin qiyməti $45 olmağı “gələn il qarşıya qoyulan bütün vəzifələri həyata keçirməyə imkan yaradacaq”.
Layihəyə əsasən, gələn ilə dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat (2017-ci ilin proqnozu ilə müqayisədə artım 20%), xərcləri 20 mlrd. 905,7 mln. manat (artım 16,5%) həcmində proqnozlaşdırılır.
2018-ci ilə dövlət büdcəsinin kəsiri 778,7 mln. manat və ya ÜDM-in 1,1% səviyyəsində proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin məlumatına görə, gələn ilə büdcədə neft gəlirləri 11 mlrd. 96 mln. manat, xüsusi çəki 55,1% təşkil edəcək. Bununla belə, 2017-ci illə müqayisədə büdcənin neft gəlirlərinin artımı 39,7% təşkil edəcək.
Azərbaycanın 2017-ci ilə dövlət büdcəsi neftin bir barelinin qiyməti $40 olmaqla hesablanıb. **
B.Rüstəmbəyov