2017-ci ilin yanvar-sentyabr aylarında $36 mln. 232,16 min məbləğində
812 mln. 338,69 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan elektrik enerjisi ixracı 812 mln. 338,69 min kVt/saat təşkil edib. 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan $12 mln. 932,42 min məbləğində 292 mln. 728,86 min kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, 2017-ci ilin analoji dövründə Azərbaycandan elektrik enerjisi ixracının həcmi say və dəyər ifadəsində 2,8 dəfə artıb”, - hökumətdən bildiriblər.
İxracın ümumi həcmində 91 mln. 710,4 min kVt/saat elektrik enerjisi Rusiya ($5 mln. 226,41 min), 603 mln. 859,65 min kVt/saat elektrik enerjisi Gürcüstan ($25 mln. 512,84 min), 101 mln. 469,64 min kVt/saat elektrik enerjisi Türkiyə ($5 mln. 73,48 min), 15 mln. 299 min kVt/saat elektrik enerjisi İranın ($419,43 min) payına düşüb.
2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan $2 mln. 594,81 min dəyərində 61 mln. 676,03 min kVt/saat elektrik enerjisi idxal edib( 2016-cı ilin analoji dövrü ilə müqayisədə say ifadəsində Azərbaycana elektrik enerjisi idxalı 17%, dəyər ifadəsində 13,4% azalıb - İF).
Hökumətin məlumatına görə, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyadan 46 mln. 910,09 min kVt/saat elektrik enerjisi ($2 mln. 133,05 min), Gürcüstandan 1 mln. 739,44 min kVt/saat elektrik enerjisi ($104,37 min) və İrandan 13 mln. 26,5 min kVt/saat elektrik enerjisi ($357,4 min) idxal edib.
2016-cı ildə Azərbaycandan elektrik enerjisi idxalı 110 mln. 787,38 min kVt/saat, ixracı 646 mln. 757,88 min kVt/saat təşkil edib. **
N.Abbasova