Son 10 il ərzində Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə ümumi transfertlər $76 mlrd. təşkil edib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəbəyan edib.
“Son on il ərzində Neft Fondundan dövlət büdcəsinə transfertlər $76 mlrd. təşkil edib”, - Z.Səmədzadə çərşənbə axşamı gələn ilə dövlət büdcəsi layihəsini parlamentdə təqdim edərkən bildirib.
2018-ci ilə büdcə materiallarına əsasən, gələn il ARDNF-dən dövlət büdcəsinə transfertlər 9 mlrd. 216 mln. manat və ya bütün büdcə gəlirlərinin 45,8%-ni təşkil edəcək. **
B.Rüstəmbəyov