Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov yaxın 5 il ərzində Blockchain texnologiyasının (vahid mərkəz olmadan məlumat bazaları texnologiyası) daha fəal tətbiqini proqnozlaşdırır.
“Blockchain - qabaqcıl texnologiyalardır. Yaxın beş il ərzinjdə onların tətbiqi maliyyə, real sektorlarda, idarəçilik sistemində dəyişikliklərə gətirəcək”, - E.Rüstəmov bu gün parlamentdə 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, banklarda Blockchain texnologiyasının tətbiqi maliyyə-bank sisteminə kğmək edəcək. “Biz bu istiqamətdə fəal çalışacağıq, bununla əlaqədar beynəlxalq ekspertlərlə danışıqlara başlamışıq. İlkin olaraq Blockchain üçün hüquqi platforma yaratmaq, daha sonra texnologiyaların tətbiqinə keçmək lazımdır”, - E.Rüstəmov əlavə edib. **
A.Əzizov