2018-ci ilin II yarısında Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçirilə bilər. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Respublikası və Koreya Respublikası XİN-ləri arasında keçirilmiş 3-cü siyasi məsləhətləşmələr çərçivəsində Koreya Respublikasının xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Yun Sun-Qu ilə görüşüb.
«X.Xələfov ölkəmizdə həyata keçirilən dərin iqtisadi islahatlar çərçivəsində Koreya Respublikası şirkətlərinin Azərbaycan iqtisadiyyatının mühüm sahələrində investisiya layihələrində iştirakının əhəmiyyətini bildirib. Görüşdə Azərbaycan Respublikası və Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının gələn il Azərbaycanda keçirilməsi təklif edilib”, – deyə məlumatda bildirilir.
X.Xələfov ölkəmizdə həyata keçirilən dərin iqtisadi islahatlar çərçivəsində Koreya Respublikası şirkətlərinin Azərbaycan iqtisadiyyatının mühüm sahələrində investisiya layihələrində iştirakının əhəmiyyətini bildirib.
İkitərəfli münasibətlərin inkişafının müxtəlif sahələri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti vurğulanıb.*
N.Abbasova