Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri briqada generalı Salim Əl-Şamsi hərbi-texniki sahələrdə əməkdaşlığı müzakirə ediblər.
“Noyabrın 21-də Bakıda keçirilən görüşdə ölkələr arasında hərbi təhsil, hərbi sənaye və hərbi-texniki sahələrdə əməkdaşlığın müzakirə olunduğu görüşdə onun inkişafı üçün geniş perspektivlərin mövcudluğu qeyd edilib”, - nazirliyin məlumatında deyilir.
Tərflər vurğulayıblar ki, kimi hərbi sahədə Azərbaycan-BƏƏ əməkdaşlığının genişləndirilməsi ölkələr arasında münasibətlərin dərinləşməsinə, eləcə də regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfə verəcək.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri qonağa Azərbaycanın uzun illər erməni terrorizmi, separatizmi ilə üzləşdiyini, erməni terrorçuları tərəfindən respublikanın dinc əhalisinə qarşı onlarla terror aktlarının törədildiyini və Ermənistanın terrorizmi dəstəkləyən ölkə olduğunu vurğulayıb. **
A.Əzizov