2017-ci ilin əvvəlindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək 67 mindən çox bələdiyyə aktı yoxlanılıb. Bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.
«Nəticədə bir sıra bələdiyyələrin fəaliyyətində aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 23 fakt üzrə materiallar prokurorluğa göndərilib”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin saytında dərc olunmuş məqaləsində bildirib.
Nazir vurğulayıb ki, dövlətin müdaxiləsi nəticəsində qanunsuz ayrılmış minlərlə torpaq sahəsi geri qaytarılıb.*
R.Babayev