Yanvarın 8-də “Bank of Baku”nun səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Gündəliyi açıqlanmayan yığıncaq bankın baş ofisində keçiriləcək.
"Bank of Baku" 1994-cü ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.*
B.Rüstəmbəyov