2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 460,6 mln. manat dəyərində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 28,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 mln. 386,5 min tonadək sement (artım 24,2%), 561,9 min tonadək hazır beton qarışığı (artım 53,7%), 133,1 min kubmetrədək betondan yığma tikinti konstruksiyaları (artım 83,1%), 237,7 min kubmetrədək tikinti kərpici (artım 47,9%), 19 min 182,2 tonadək emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar (artım 3 dəfə), 90 min 808,4 tonadək sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri (artım 15,9%), 27 min 597,3 tonadək tikinti əhəngi (artım 24,3%) istehsal olunub.
Bu ilin yanvar-oktyabr aylarında tikinti gipsi istehsalında 35,5% - 82,6 min tonadək, asfalt istehsalında 60,4% - 128,6 min tonadək azalma qeydə alınıb.*
B.Rüstəmbəyov