2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana kondisioner idxalı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 23,5% - 91,214 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $20 mln. 837,3 min məbləğində qiymətləndirilir (2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 18,6%)”, - deyə məlumatda bildirilir.
Bu ilin 9 ayı ərzində Azərbaycana $52 mln. 513,9 min (artım 81,5%) dəyərində 269,2 min ədəd hesablama maşını, blok və qurğusu (artım 62%) idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 69% - 101,2 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $16 mln. 689,5 min (artım 53,3%) təşkil edir.**
B.Rüstəmbəyov