“Azneft” İstehsalat Birliyi“Ələt-dəniz” yatağında quyunu təmirdən sonra istismara verib. Bu barədə İB-dən məlumat verilib.
86 nömrəli quyu 17 saylı stasionar dəniz özülündən qazılıb.
Təmir işlərindən sonra quyunun sutkalıq debiti 25 ton neft və 15 min kubmetr qaz təşkil edir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir.
“Ələt-dəniz” yatağı 1986-cı ildə istismara verilib. Geoloqların proqnozlarına əsasən, yataq 1,8 mln. ton çıxarıla bilən neft ehtiyatına malikdir.**
N.Abbasova