Avropa İttifaqı Azərbaycanda 7 yeni twinning layihə reallaşdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-ninBakıdakı nümayəndəliyindən məlumat verilib.
“Azərbaycan Twinning platforma vasitəsilə Aİ ilə fəal əməkdaşlıq edir. Son 10 il ərzində tərəflər arasında 46 twinning layihə reallaşdırılıb, həyata keçirilir və reallaşdırılması planlaşdırılır: onlardan 26-sı artıq başa çatdırılıb, 13-ü- hazırda reallaşdırılır, daha 7-si - hazırlıq mərhələsindədir”, - Aİ-nin materiallarında qeyd olunur.
Aİ-nin qiymətlənidrmələrinə əsasən, həmin layihələr sayəsində Azərbaycanın dövlət strukturları texnollogiyalar sahəsində Avropanın yeniliklərindən istifadə edə, və quruma üzv ölkələrin dövlət qulluqçularının təcrübəsindən bəhrələnə biliblər. “Bu cür əməkdaşlıq forması Aİ-nin standartlarına uyğun qanunvericiliyin hazırlanması və təkmilləşdirilməsinə imkan yaradıb”, - ofisdən qeyd ediblər.
Bundan əlavə, Aİ ədliyyə sistemində islahatları Azərbaycanla əməkdaşlıq prioritetlərindən biri hesab edir. “Aİ-nin məqsədləri - mübahisələrin alternativ nizamlanması prosedurunun tətbiqinin dəstəklənməsi, korrupsiya ilə mübarizəyə kömək, vətəndaş və müəssisələr üçün ədliyyəyə çıxşının sadələşdirilməsi və hüquqi yardımın göstərilməsidir”, - materiallarda deyilir.
Aİ Azərbaycanda insan hüquqlarının müdafiəsini və vətəndaş cəmiyyətinin təminatı, KİV, fikir və toplaşma azadlığının əhəmiyyətini vurğulamaqda davam edir. “Aİ bunu qurum ilə Azərbaycan arasında münasibətlərin və ölkənin davamlı inkişafının əsas hissəsi kimi qiymətləndirir”, - ofisdə hesab edirlər. **
A.Əzizov