Azərbaycan 2018-ci il yanvarın 1-dən yeni gömrük rüsumları sisteminə keçəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabineti"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ni təsdiq edib.
“Bu qərar gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi məqsədilə qəbul olunub”, - deyə sənəddə qeyd olunur.
Qərara əsasən Azərbaycan 2018-ci ildən üçpilləli tarif dərəcəsi (0, 5% və 15%) tətbiq edəcək.
Ümumilikdə yeni tarif sistemi 97 mal qrupuna şamil olunacaq.*
A.Əzizov