2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 131,9 min ton mineral gübrə idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $36 mln. 474 min (artım 80,5%) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $4 mln. 719,2 min dəyərində (azalma 69,3%) 21 min 697 ton sement və klinker (azalma 93,5%) idxal edilib.
Hesabat dövründə respublikaya $26 mln. 260,2 min dəyərində (azalma 17,2%) 22 min 557,5 ton (azalma 17,4%) polietilen idxal edilib.
Yanvar-sentyabr aylarında Azərbaycana $133 mln. 694 min dəyərində 216,1 min ton metalyayma məhsulu (artım 10,2%), $44 mln. 377,2 min dəyərində 87 min 850,4 ton qara metaldan hazırlanan çubuqlar (artım 34,5%), $19 mln. 656,2 min dəyərində 27 min ton qara metaldan hazırlanan günyə (artım 34%), $140 mln. 974,6 min dəyərində 81 min 878,4 ton qara metaldan hazırlanan boru (azalma 58,6%) idxal edilib.**
B.Rüstəmbəyov