Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər.
“Öncə V.Putin ilə Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdim və o mənə Rusiyanın bu problemi həll etməsi üçün əlindən gələni etdiyini bildirib”, - Türkiyə mətbuatı R.T.Ərdoğanın sözlərindən sitat gətirib.
Onun sözlərinə görə, çərşənbə günü Soçidə Rusiya prezidenti ilə görüşdə bir daha Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi qaldırılacaq.
“Dağlıq Qarabağ münaqişəsi bizim üçün milli məsələdir”, - Türkiyə lideri əlavə edib. **
A.Əzizov