Dünya bazarlarında neftin qiymətinin bahalaşması tendensiyasının davam edəcəyi təqdirdə hökumət 2018-ci il dövlət büdcəsinin parametrlərinə yenidən baxa və dəyişikliklər edə bilər. Bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.
«Biz mümkün risklərin qarşısını almaq məqsədilə 2018-ci il dövlət büdcəsinin layihəsində neftin bir barelinin qiymətini 45 dollardan götürmüşük", - deyə o, parlamentin bu gün keçirilən iclasında dövlət büdcəsi layihəsinin müzakirəsi zamaı bildirib.
Sədrin sözlərinə görə, neftin qiyməti bugünkü səviyyədə qalarsa, hökumət gələn il büdcə parametrlərinə dəyişiklik edə bilər. «Əlbəttə, biz neftin qiymətinin yüksək olaraq qalmasını istəyirik. Əgər gələn il neftin bir barelinin qiyməti indiki kimi 60 dollardan yuxarı olarsa, o zaman mayda büdcə layihəsinə dəyişiklik edə bilərik", - deyə O.Əsədov qeyd edib.*
R.Babayev