Azərbaycan yanvar-sentyabr aylarında Rusiyaya $128 mln. 386,07 min məbləğində pomidor ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«Cari ilin 9 ayı ərzində Azərbaycan Rusiyaya $128 mln. 386,07 min dəyərində 132 min 114,12 ton təzə və ya təmizlənmiş pomidor ixrac edib. Ötən ilin yanvar-sentyabr aylarında bu ölkəyə $80 mln. 610,09 min dəyərində 87 min 976,15 ton pomidor ixrac olunub. Beləliklə, 2017-ci ilin 9 ayı ərzində ixracın həcmi miqdar ifadəsində 50,2%, dəyər ifadəsində 59,3% artıb», - deyə məlumatda bildirilir.
Ümumilikdə 9 ay ərzində Azərbaycandan pomidor ixracının 99,7%-i RF-nin payına düşüb.*
N.Abbasova