“Qazprom eksport” MMC və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycan Respublikasına təbii qaz tədarükünün bərpasına dair razılığa gəliblər.
“Qazprom”un məlumatında qeyd olunur ki, 21 noyabr 2017-ci il tarixində Moskvada müvafiq müqavilə imzalanıb.
Qaz tədarükünə 22 noyabr 2017-ci il tarixində başlanacaq.
İllik müqavilə çərçivəsində Azərbaycan bazarına 1,6 mlrd. kubmetr həcmində Rusiya qazının tədarükü planlaşdırılır.
2000-ci ildən 2006-cı ilə qədər “Qazprom” Azərbaycana qaz tədarük edib. “Şahdəniz” yatağı istismara veriləndən sonra tədarük dayandırılıb.
2015-ci ildə Rusiya qazının Azərbaycan Metanol Zavodu (AzMeCo) üçün tədarükünün bərpası cəhdləri olub. **