2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 1 mlrd. 612 mln. 655,9 min nəfər sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 mln. nəfər (artım 25,7%), dəniz nəqliyyatı ilə 14,9 min nəfər (azalma 9,1%), hava nəqliyyatı ilə 2 mln. 20,3 min nəfər (artım 18,2%), metro vasitəsi ilə 187 mln. 287,4 min nəfər (artım 5,5%) daşınıb.
Bu ilin yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə 1 mlrd. 421 mln. 332,9 min sərnişin (artım 1,7%), avtobuslarla 1 mlrd. 364 mln. 799,3 min sərnişin (artım 1,7%), taksilərlə 56 mln. 533,6 min sərnişin (artım 2,9%) daşınıb.*
B.Rüstəmbəyov