“SOCAR Petroleum” QSC (SOCAR şirkətinin törəməsi) “SOCAR” brendli 7 yanacaqdoldurma məntəqəsində «Super Euro-98» markalı yanacağın satışına başlayıb. Bu barədə şirkətdən məlumat verilib.
“Super Euro-98” markalı yanacağa olan tələbatı nəzərə alaraq yalnız yeddi müxtəlif ünvanlarda fəaliyyət göstərən “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışına başlanılıb”, - məlumatda deyilir.
Bununla belə, xüsusilə qeyd edilir ki, Azərbaycanda “Super” yanacağının satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir.
Azərbaycanda «Super Euro-98» markalı yanacağın pərakəndə qiyməti 1,5 manat/litr təşkil edir. **
N.Abbasova