Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvü oldu
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə tandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, bu qərar noyabrın 22-də Berlində keçirilən Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında qəbul edilib.
Bu üzvlük Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin Avropa keyfiyyət infrastrukturuna qoşulması istiqamətində əhəmiyyətli addımdır.Əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrləmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır.
Həmçinin məlumat verilib ki, hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatının (EA) ikitərəfli tanınma sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir. **
B.Rüstəmbəyov