2018-ci ildə Milli Məclisin xərclər smetası 24 mln. 232 min manat səviyyəsində proqnozlaşdırılır. Bunu Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev bu gün parlamentdə gələn ilə xərclər smetasının müzakirəsi zamanı bildirib.
“Bu, 2017-ci ilin göstəricisindən 1 mln. 114,286 min manat və ya 4,9% çoxdur”, - F.Hacıyev qeyd edib.
Smetaya əsasən, əməyin ödənişi fondu bütün xərclərin 68,8%-i təşkil edəcək.
O cümlədən, parlament Hesablama Palatasının 2018-ci ildə xərclər smetasını müzakirə edib. Palatanın xərcləri 3 mln. 852 min manat səviyyəsində planlaşdırılır, bu da 2017-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 0,8% çoxdur.
Smetaya görə, xərclərin 82%-i əməyin ödənişi fonduna yönəldiləcək. **
R.Babayev