Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli vətəndaşların əlilliyə görə pensiyaya çıxması şərtlərinə yenidən baxılmasını zəruri hesab edir.
«2018-ci ildə 385 min nəfər əlilliyə görə pensiya alacaq. 2017-ci illə müqayisədə bu rəqəm azalacaq, lakin onların xüsusi çəkisi pensiyaçıların ümumi sayının 29,2%-ni təşkil edir", - deyə o, parlamentin bu gün keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin müzakirəsi zamanı bildirib.
«Hesab edirəm ki, bu kateqoriyadan olan şəxslərin pensiyaya çıxması şərtlərinə yenidən baxılmalıdır. Burada üzərində düşünməli olduğumuz çox məqam var», - deyə deputat qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin gəlir və xərcləri 3 mlrd. 578 mln. 760 min manat məbləğində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin göstəricisindən 5% çoxdur.
Gələn il fondun gəlirlərinin strukturunda 1 mlrd. 300 mln. manat (2017-ci illə müqayisədə artım 2,3% dəfə) və ya bütün daxilolmaların 36,3%-i dövlət büdcəsindən transfertlərin hesabına formalaşacaq.
1 oktyabr 2017-ci il tarixinə Azərbaycanda 1 mln. 330 min nəfər pensiyaçı var.*
R.Babayev