Tokioda Azərbaycan və Yaponiya Xarici işlər nazirlikləri arasında 10-cu siyasi məsləhətləşmələr keçirilib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Yaponiyanı xarici işlər nazirinin parlament məsələləri üzrə müavini, nümayəndələr palatasının üzvü Mitsunari Okamoto və Yaponiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya, Cənubi Qafqaz və GUAM üzrə xüsusi nümayəndə, səfir Toşihirio Aiki təmsil edib.
“Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcudluğu diqqətə çatdırılıb, kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin fəallaşdırılmasının zəruriliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.*
F.İsazadə