2017-ci ildə valyuta hərraclarında iştirak edən bankların sayı 5 dəfə - 20-dək artıb.Bunu AMB-nin İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.
“İlin əvvəlindən hərraclarda iştirak edən bankların sayı 20-ə çataraq 5 dəfə artıb”, - A.Quliyev bu gün Bakıda keçirilən II Bankçılıq Forumunda bildirib.
Valyuta hərracları AMB tərəfindən təşkil olunur. Hərraclarda əsas satıcı qismində ARDNF çıxış edir. Hərraclar həftədə 2 dəfə keçirilir və onların mexanizminə əsasən, manatın gələn günə məzənnəsi banklararası valyuta bazarı və hərraclarda kommersiya bankları ilə bağlanılan əqdlər üzrə orta ölçülmüş məzənnə əsasında müəyyən olunur.
Cari il yanvar-oktyabr aylarında ARDNF valyuta hərraclarında $2 mlrd. 814,72 mln. ümumi məbləğdə xarici valyuta satıb (2016-cı ilin analoji dövrü ilə müqayisədə azalma 34,5% - İF). **
A.Əzizov