Milli Məclisin dekabrın 1-də keçiriləcək plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirə olunması planlaşdırılır.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı üç gün davam edən müzakirələr bu gün başa çatıb.
2018-ci il dövlət büdcəsinin layihəsi, Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin layihəsi, İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi və digər sənədlər üzrə səsvermə dekabrın 1-də keçiriləcək. Bu tarixədək hökumət deputatların müzakirələr zamanı səsləndirdikləri təklif və tövsiyələri ümumiləşdirməlidir.*
R.Babayev