Azərbaycan Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirak edən kontinqentinin sayını artıracaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbiçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir.Əfqanistanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağıq”, - İ.Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir.
İ.Əliyev əlavə edib ki, Azərbaycan NATO-nun bir çox əməliyyatlarında iştirakedir. **
A.Əzizov