2018-ci ildə Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatı keçiriləcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşdə bildirib.
Görüşdə həmçinin, Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsinə, o cümlədən Preferensial Ticarət Sazişinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
Xəbər verildiyi kimi, 30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi mərasimi keçirilib.
Çindən yüklər BTQ ilə daşınma üçün potensial kimi qiymətləndirilir. **
B.Rüstəmbəyov