Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB)tərəfindən yaradılmış Banklararası Kart Mərkəzi (BKM) ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə banklararası qarşılıqlı xidmət haqlarının ((interchange fee) aşağı salınması üçün Azərbaycan Banklar Assosiasiyasının, kart prosessinq mərkəzlərinin və bankların nümayəndələri ilə ümumi razılığa gəlib. Bu barədə AMB-nin məlumatında deyilir.
Qarşılıqlı razılığa əsasən mobil telefon haqları üzrə interchange 26% azaldılaraq 1%, ərzaq mağaza və supermarketlər üzrə 61% azaldılaraq 0.5%, aptek və dərman məhsulları üzrə 78% azaldılaraq 0.3%, avtomatlaşdırılmış yanacaq doldurma məntəqələri üzrə 78.5% azaldılaraq 0.3%, e-ticarət əməliyyatları üzrə 16% azaldılaraq 1.3% həcmində müəyyən edilib. Nəqliyyat və dövlət ödənişləri üzrə interchange əsasən azaldılaraq 0.1% səviyyəsində müəyyənləşdirilib.
Yeni interchange tarifləri 20 noyabr 2017-ci il tarixindən qüvvədədir.
Banklararası Kart Mərkəzi 1 aprel 2016-cı il tarixindən fəaliyyət göstərir.*
A.Əzizov