2017-ci ilin IV rübündə “BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ortasutkalıq neft hasilatını 585 min barrel səviyyəsində saxlamağı ümid edir. Bunu “BP-Azerbaijan” şirkətinin xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“2017-ci ilin 9 ayının yekunları üzrə AÇG blokundan ortasutkalıq hasilatın həcmi təxminən 585 min barrel təşkil edib. İlin sonuna kimi bu həcmin saxlanacağını gözləyirik”, - B.Aslanbəyli bu gün jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, yanvar-sentyabr aylarında AÇG blokundan hasilatın həcmi 22 mln. ton neft təşkil edib, bu da 2016-cı ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 8,4% azdır.
2016-cı ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 31,1 mln. ton neft hasil olunub. **
B.Rüstəmbəyov